Bakı. Tural Turan - Trend:
İranın Hərbi Dəniz Qüvvələri piratların neft tankerinə hücumunun qarşısını alıb. Trend-in məlumatına görə, hadisə Babül-Məndəb boğazında baş verib.
Qeyd olunur ki, tankerə 11 pirat qayıq yaxınlaşıb. Lakin Hərbi Dəniz Qüvvələri tərəfindən həmlə dəf edilib.
Tankerin göyərtəsində 150 min ton neft olduğu da bildirilib.