...

Qəzza zolağından İsrail ərazisinə raket buraxılıb

Dünya xəbərləri Materials 10 Mart 2019 00:28 (UTC +04:00)
Qəzza zolağında İsrail ərazisinə raket buraxılıb
Qəzza zolağından İsrail ərazisinə raket buraxılıb

Bakı. Trend:

Qəzza zolağında İsrail ərazisinə raket buraxılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Eşkol regional şurasında hava həyəcanı sirenalarının işə düşməsindən sonra Qəzza zolağında İsrail ərazisinə raketin buraxılması müəyyən edilib".

İsrailin "Kan" dövlət radiosunun məlumatına əsasən, raket yaşayışın olmadığı əraziyə düşüb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti