...

Tunisin səhiyyə naziri ölkədə 11 körpənin ölümündən sonra istefa verib

Dünya xəbərləri Materials 10 Mart 2019 11:29 (UTC +04:00)
Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib.
Tunisin səhiyyə naziri ölkədə 11 körpənin ölümündən sonra istefa verib

Bakı. Trend:

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib.

Trend-in məlumaıtna görə, baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.

Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində ən azı 11 körpə ölü aşkar olunub.

Hal-hazırda hadisənin səbəblərini araşdıran və cavabdeh şəxslərin axtarışı ilə məşğul olan xüsusi komissiya ayradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti