...

Əfqanıstanda 10-dan çox talib öldürülüb

Dünya xəbərləri Materials 17 Mart 2019 22:13 (UTC +04:00)
Əfqanıstanın Kunduz vilayətində "Taliban" radikal hərəkatının 11 üzvü məhv edilib.
Əfqanıstanda 10-dan çox talib öldürülüb

Bakı. Trend:

Əfqanıstanın Kunduz vilayətində "Taliban" radikal hərəkatının 11 üzvü məhv edilib.

Trend-in məlumatına görə, terrorçular ölkənin xüsusi təyinatlı qüvvələrinin keçirdiyi əməliyyat və hava zərbələri nəticəsində məhv ediliblər. Çarax Darax rayonunda aparılan əməliyyatlarda daha iki terrorçu yaralanıb.

Bundan başqa reyd zamanı iki "partlayıcı kəmər", 15 ədəd əldəqayırma partlayıcı qurğu və 45 kiloqrama yaxın partlayıcı maddə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti