Bakı. Trend:
Qazaxıstan Senatının keçmiş sədri Kasım-Jomart Tokayev bu gün ölkə Prezidenti vəzifəsinin icrasına başlayıb.
Trend-in məlumatına görə, ölkə parlamenti palatalarının birgə iclası zamanı K.Tokayev Qazaxıstan xalqı qarşısında and içib.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.