...

Lavrov: NATO-nun fəaliyyəti təhlükəsizliyin bölünməzliyi prinsipini pozur

Dünya xəbərləri Materials 21 Mart 2019 19:50 (UTC +04:00)

Bakı. Trend:

NATO-nun Rusiya sərhədi yaxınlığında fəaliyyəti təhlükəsizliyin bölünməzliyi prinsipini pozur.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov San-Marinonun Ali Baş Məclisində (parlament) çıxış edərkən deyib.

S.Lavrov bildirib: "Bizim ortaq qitəmizdəki vəziyyətin mürəkkəb olduğu sirr deyil. Biz NATO-nun hərbi-siyasi fəaliyyətini necə artırdığını, alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasını görürük".

Nazir vurğulayıb ki, təhlükəsizliyi digərlərinin hesabına gücləndirməməyin öhdəlikləri ATƏT və Rusiya-NATO Şurasının yüksək səviyyədə konsensus əsasında qəbul edilmiş sənədlərində əks olunmasına baxmayaraq, biz təhlükəsizliyin bölünməzliyi prinsipinin pozulduğunu müşahidə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti