Bakı. Trend:
İspaniyada 4,2 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17:29-da qeydə alınan yeraltı təkanların episentri Kataloniyada, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.
Qeyd edilir ki, zəlzələ Kataloniyanın bir çox hissəsində hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.