...

Sudan işıqsız qalıb

Dünya xəbərləri Materials 7 Aprel 2019 21:38 (UTC +04:00)
Sudanın bütün ərazisində elektrik enerjisi kəsilib.
Sudan işıqsız qalıb

Bakı. Trend:

Sudanın bütün ərazisində elektrik enerjisi kəsilib.

Trend-in məlumatına görə, bunu ölkənin Su Resursları, Meliorasiya və Elektrik Enerjisi Nazirliyi bildirib.

Nazirlik bildirib: "Rabak - Maskar - Sennar - Marancan - Alhasahisa elektrik xəttində baş verən qəza milli enerji sisteminin sıradan çıxmasına gətirib çıxarıb".

Nazirlik bəyanatında qəzanın səbəbini bildirməyib, sadəcə qeyd edib ki, mütəxəssislər elektrik enerjisinin verilməsinin bərpası üzərində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti