...

ABŞ Somaliyə qarşı sanksiyaların müddətini uzadıb

Dünya xəbərləri Materials 11 Aprel 2019 08:37 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp 2010-cu ildə somaliyə qarşı tətbiq edilən və 2012-ci ildə Barak Obamanın administrasiyası tərəfindən genişləndirilən sanksiya rejiminin müddətini uzadıb
ABŞ Somaliyə qarşı sanksiyaların müddətini uzadıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp 2010-cu ildə somaliyə qarşı tətbiq edilən və 2012-ci ildə Barak Obamanın administrasiyası tərəfindən genişləndirilən sanksiya rejiminin müddətini uzadıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.

Məlumatda bildirilir ki, 2010-ci ildə Somaliyə qarşı "fövqəladə vəziyyət" rejimi ölkədə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və davam edən zorakılıq, Somali sahilləri yaxınlığında piratçılıq və silahlı soyğunçuluq aktları səbəbindən tətbiq edilib: "2012-ci ildə "Aş-Şabab" qruplaşmasının əsas gəlir mənbələrindən biri olan kömür ixracının, büdcədən oğurluqların və Somalinin mülki əhalisinə qarşı bəzi zorakılıq aktlarının qarşısının alınması üçün ABŞ prezidentinin fərmanı ilə sanksiyalar genişləndirilib".

Qeyd edilir ki, Somalidəki vəziyyət Birləşmiş Ştatların milli təhlükəsizlik və xarici siyasəti üçün xüsusi və fövqəladə təhlükə yaratmaqdadır.

Sənəddə vurğulanır ki, sanksiyalar rejimi bir il müddətinə uzadılır.

Xəbər lenti

Xəbər lenti