...

Argentina Cənubi Amerika Millətlər İttifaqını tərk edib

Dünya xəbərləri Materials 13 Aprel 2019 07:11 (UTC +04:00)
Argentina Cənubi Amerika Millətlər İttifaqının (UNASUR) tərkibindən çıxıb
Argentina Cənubi Amerika Millətlər İttifaqını tərk edib

Bakı. Trend:

Argentina Cənubi Amerika Millətlər İttifaqının (UNASUR) tərkibindən çıxıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkənin UNASUR-dan çıxmasına səbəb onun gündəliyi ilə razılaşmaması və ittifaqın daxilindəki böhran olub.

Argentinanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, ölkə bu gün UNASUR-un təsis edilməsi haqqında razılaşmanı ləğv edir.

XİN-nin sözlərinə görə, UNASUR-dan çıxmağa səbəb ittifaqın yaradıldığı vaxt qarşısına qoyulan məqsədlərdən uzaq olan gündəliyi olub. Bundan əlavə Argentina hakimiyyəti bildirib ki, təşkilat böhran keçirir, iki ildir birliyin baş katibi yoxdur.

Xatırladaq ki, UNASUR-dan daha əvvəl Kolumbiya, Ekvador, Paraqvay və Peru çıxıblar. Braziliya və Çili üzvlüklərini dayandırıblar. Cənubi Amerika dövlətlərinin regional siyasi və iqtisadi birliyi kimi 2008-ci ildə yaradılan UNASUR-un tərkibində Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana qalır.

Mart ayında Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Peru, Çili və Ekvador prezidentləri yeni regional blokun - Cənubi Amerikanın inkişafı üçün Forumun (PROSUR) yaradılması barədə saziş imzalayıblar.

Xəbər lenti

Xəbər lenti