...

Gürcüstanda ABŞ hərbi bazaları yerləşdirilə bilər

Dünya xəbərləri Materials 5 May 2019 02:05 (UTC +04:00)
ABŞ-ın hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı qərarlar Gürcüstanın milli maraqları nəzərə alınmaqla qəbul ediləcək
Gürcüstanda ABŞ hərbi bazaları yerləşdirilə bilər

Bakı. Trend:

ABŞ-ın hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı qərarlar Gürcüstanın milli maraqları nəzərə alınmaqla qəbul ediləcək.

Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

Baş nazir qeyd edib: "Mən tam məsuliyyətlə bildirmək istəyirəm ki, bizim NATO, Avropa Birliyi, strateji tərəfdaşımız olan ABŞ ilə münasibətlərimiz bu cür yüksək səviyyədə heç vaxt olmayıb və bu, böyük uğurdur. Bu uğuru daha da dərinləşdirmək niyyətindəyik".

O əlavə edib ki, buna əsaslanaraq ölkənin maraqlarına aid olan qərarlar qəbul ediləcək.

Onun sözlərinə görə, uzun müddətdir ki, Gürcüstan tərəfi tərəfdaşlarına Qara dənizin təhlükəsizliyi olmadan qlobal təhlükəsizliyə dair heç bir müzakirə aparılmayacağını bildirməyə çalışırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti