...

Zəlzələ azmış kimi Papua-Yeni Qvineyada SUNAMİ xəbərdarlığı edildi

Dünya xəbərləri Materials 14 May 2019 19:08 (UTC +04:00)

Bakı. Trend:

Papua-Yeni Qvineyada sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi yanında mərkəz ada sahillərində baş vermiş 7,7 bal gücündə zəlzələdən sonra belə bir xəbərdarlıqla çıxış edib.

Qeyd edək ki, bu gün Papua-Yeni Qvineyada təxminən 20 min əhalisi olan Kokopo şəhərindən 28 km məsafədə, 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb.

Dağıntılar və insan tələfatı barədə hələlik məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti