...

Çində avtomobil piyadalara çırpılıb, ölənlər var

Dünya xəbərləri Materials 17 May 2019 05:42 (UTC +04:00)
Çinin Şençjen şəhərində (Quandun əyaləti) minik avtomobili piyadalara çırpılıb
Çində avtomobil piyadalara çırpılıb, ölənlər var

Bakı. Trend:

Çinin Şençjen şəhərində (Quandun əyaləti) minik avtomobili piyadalara çırpılıb.

Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisəyə səbəb avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.

Avtomobilin 23-yaşlı sürücüsü polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti