...

Çində qayığın aşması nəticəsində ən azı 5 nəfər ölüb

Dünya xəbərləri Materials 24 May 2019 05:17 (UTC +04:00)

Bakı. Trend:

Çinin Quyçjou vilayətində qayığın aşması nəticəsində ən azı 5 nəfər ölüb, 13 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, hadisə yerli vaxtla cümə axşamı günü 18:30-da baş verib.

İlkin məlumatlara əsasən, qayıqda 29 nəfər olub, onlardan 11-i xilas edilib. Xəsarət alanlara tibbi yardım göstərilib.

Axtariş-xilasetmə əməliyyatları aparılır. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti