Bakı. Trend:
Böyük Britaniyanın “Sotheby's” hərrac evi alman bəstəkar Lüdviq van Bethovenin saçlarını hərraca çıxarıb.
Trend-in məlumatına görə, bəstəkarın saçı ilkin olaraq 19 min dollara qiymətləndirilir.
Lakin hərrac təşkilatçıları bu saçlara marağın böyük olduğunu və həmin məhsulun daha baha qiymətə satılmasının istisna olmadığını deyir.
Qeyd edək ki, Bethoven saçlarının bu hissəsini 1826-cı ildə özü kəsərək pianoçu Anton Halma hədiyyə etmişdi.