...

Ruhani: Rusiya və İran daha da yaxınlaşmalıdır

Dünya xəbərləri Materials 14 İyun 2019 18:15 (UTC +04:00)
Rusiya və İran daha sıx əməkdaşlıq etməlidir
Ruhani: Rusiya və İran daha da yaxınlaşmalıdır

Bakı. Trend:

Rusiya və İran daha sıx əməkdaşlıq etməlidir.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

O bildirib ki, regionda yaranan vəziyyət tərəfləri daha çox yaxınlaşmağa vadar edir.

H.Ruhaninin sözlərinə görə, ciddi xarici təsirlər, sanksiyaların tətbiq olunması sıx əməkdaşlıq məsələsini hər gün daha da aktuallaşdırır.

İran prezidenti həmçinin Rusiya-İran münasibətlərini nümunəvi adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti