...

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

Dünya xəbərləri Materials 18 İyun 2019 08:31 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Yozqat əyalətində sərnişin avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza baş verən yerə çox sayda təcili yardım briqadaları, xilasedicilər və poli cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakə xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, avtobus Yozqat əyalətindən İstanbula gedirmiş.

Xəbər lenti

Xəbər lenti