...

Conson və Hant Britaniyanın baş naziri vəzifəsinə şeçilmək üçün mübarizənin final mərhələsinə çıxıblar

Dünya xəbərləri Materials 20 İyun 2019 22:35 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hant Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri postuna seçilməsi üçün mübarizənin final mərhələsinə çıxıblar.

Trend-in məlumatına görə, seçki prosesi poçt səsverməsinin nəticələrindən sonra, iyulun ikinci yarısında başa çatacaq.

Yeni baş nazir seçilənə qədər, bu vəzifəni Tereza Mey icra edəcək.

Qeyd edək ki, T.Mey iyunun 7-də partiyanın lideri vəzifəsindən rəsmi olaraq istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti