Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən aviaşirkətlərə Rusiyadan Gürcüstana aviadaşımaları qadağan edən fərman imzalayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, V.Putin həmçinin hökümətə müvəqqəti Gürcüstan ərazisində olan Rusiya vətəndaşlarının ölkəyə qaytarılmasını təmin etməyi tapşırıb.
Bundan əlavə, dövlət başçısı turizm şirkətlərinə uçuşların qadağan olunduğu müddətdə Rusiyadan Gürcüstana səyahətlər satmamalarını tövsiyə edib.