...

Fransada ölkə tarixinin rekord temperaturu qeydə alınıb

Dünya xəbərləri Materials 28 İyun 2019 17:57 (UTC +04:00)
Fransada bu gün ölkə tarixinin rekord temperaturu qeydə alınıb
Fransada ölkə tarixinin rekord temperaturu qeydə alınıb

Bakı. Trend:

Fransada bu gün ölkə tarixinin rekord temperaturu qeydə alınıb.

Trend-in məlumatına görə, ölkənin cənub-şərqindəki Karpantra şəhərində termometrlər müsbət 44,3 dərəcəni göstərib.

Bundan əvvəl, ölkə ərazisində rekord isti 2003-cü ilin avqustunda qeydə alınmışdı. Həmin il Sen-Kristol və Konkerak kommunalarında temperatur müsbət 44,1 dərəcəyədək yüksəlmişdi.

Qeyd edək ki, bu gün şiddətli istilərlə əlaqədar Fransa ərazisində 4 min məktəb bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti