...

Donald Tramp Kim Çen Inla görüşü gözləyir

Dünya xəbərləri Materials 2 İyul 2019 04:34 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla növbəti görüşü gözləyir
Donald Tramp Kim Çen Inla görüşü gözləyir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla növbəti görüşü gözləyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Bizim çox gözəl görüşümüz oldu. O, çox yaxşı görünürdü və yaxşı formada idi. Tezliklə onu yenidən görə biləcəyimi gözləyirəm".

Qeyd edək ki, 30 iyun Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçrilib. Tərəflər arasında görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danıqışlar məntəqəsində baş tutub. Görüşdə həmçinin Cənubi Koreya prezidenti Mun Çje İn də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti