...

PKK terrorçuları ilə atışmada Türkiyə ordusunun əsgəri ölüb

Dünya xəbərləri Materials 4 İyul 2019 02:27 (UTC +04:00)
Türkiyənin Siirt vilayətində PKK terrorçularına qarşı hava əməliyyatı keçirilib
PKK terrorçuları ilə atışmada Türkiyə ordusunun əsgəri ölüb

Bakı. Trend:

Türkiyənin Siirt vilayətində PKK terrorçularına qarşı hava əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, PKK terrorçuları ilə atışmada iki türk əsgəri yaralanıb. Yaralı əsgərlər vilayətin dövlət xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onlardan biri dünyasını dəyişib.

Bildirilir ki, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti