...

Türkiyədə meşələr yanır

Dünya xəbərləri Materials 11 İyul 2019 10:11 (UTC +04:00)
Türkiyənin cənub-qərbində Muğla vilayətinin Dalaman rayonunda meşə yanğınları davam edir.
Türkiyədə meşələr yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-qərbində Muğla vilayətinin Dalaman rayonunda meşə yanğınları davam edir.

Trend-in məlumatına görə, yanğınların artıq rayondakı hotellər şəbəkəsinə çatdığı bildirilir.

Yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, bu rayonda meşə yanğını ötən gün yerli vaxtla 15:00-da başlayıb.

Xatırladaq ki, Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti