...

Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı

Dünya xəbərləri Materials 11 İyul 2019 21:17 (UTC +04:00)
Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib
Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı

Bakı. Trend:

Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində 2-si uşaq olmaqla 8 dinc sakin və müxtəlif silahlı qruplaşmaların 6 üzvü həlak olublar, 35 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Məlumata əsasən, ilk partlayış şəhərin girişində olan nəzarət-buraxılış məntəqəsində, ikinci partlayış isə şəhərin mərkəzində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti