...

Türkiyədə sel 7 nəfəri apardı

Dünya xəbərləri Materials 19 İyul 2019 20:31 (UTC +04:00)
Türkiyənin Cüzcə vilayətində sel və daşqınlar insan tələfatına səbəb olub.
Türkiyədə sel 7 nəfəri apardı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Cüzcə vilayətində sel və daşqınlar insan tələfatına səbəb olub.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb. Onlardan 4-nün azyaşlı olduğu qeyd edilir.

Təbii fəlakət nəticəsində vilayətin 23 yaşayış məntəqəsi arasında əlaqənin də kəsildiyi bildirilir.

Qeyd edək ki, bundan öncə Trabzonda eyni səbəbdən 76 nəfər təxliyə edilmişdi, 3 nəfər isə həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti