...

İndoneziyada güclü zəlzələ olub - ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 3 Avqust 2019 19:00 (UTC +04:00)
İndoneziyada baş verən zəlzələ nəticəsində beş nəfər ölüb, dörd nəfər yaralanıb
İndoneziyada güclü zəlzələ olub - ölənlərin sayı artıb

Bakı. Trend

İndoneziyada baş verən zəlzələ nəticəsində beş nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, iki nəfər Lebak dairəsində həlak olub, üç nəfər isə Yava adasındakı Pandeqlanq və Sukabumi dairələrində yaralanıb.

Bildirilir ki, Banten və Qərbi Yava vilayətlərində 233 bina dağılıb.

Daha öncə bir bəfərin öldüyü, dörd nəfərin yaralandığı qeyd edilirdi.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji mərkəzinin verdiyi xəbərə əsasən, İndoneziyanın Sumatra adası sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Pandeqlanq yaşayış məntəqəsindən 250 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Daha sonra Mərkəz zəlzələnin maqnitudasını 6,8-ə qədər azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti