...

Kabildə velosipedi partlatdılar - 2 ölü

Dünya xəbərləri Materials 6 Avqust 2019 17:11 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib
Kabildə velosipedi partlatdılar - 2 ölü

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayış velosipedə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində baş verib.

Hücumun hədəfi Narkotiklə Mübarizə İdarəsinin avtomobili olub. Hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti