Bakı. Trend:
Tayvanda 5,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, "UTC" vaxtı ilə saat 21:28-də qeydə alınan yeraltı təkanların episentri Taybey şəhərindən 335 kilometr cənub-qərbdə, ocağı isə 118 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat hələ verilməyib.