...

Myanmada torpaq sürüşməsi 50 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 12 Avqust 2019 03:21 (UTC +04:00)
Myanmada güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib
Myanmada torpaq sürüşməsi 50 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Myanmada güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzindən bildiriblər.

Məlumatda deyilir: "Mon ştatında leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsində ölənlərin sayı 50 nəfərə çatıb, daha 80 nəfər isə itkin düşmüş sayılır".

Xatırladaq ki, avqustun 9-u Mon ştatının qəsəbələrindən biri torpaq altında qalıb və nəticədə bir neçə yaşayış evi uçub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti