...

Anqolanın keçmiş nəqliyyat naziri 14 il həbs cəzasına məhkum edilib

Dünya xəbərləri Materials 16 Avqust 2019 01:51 (UTC +04:00)

Bakı. Trend:

Keçmiş Anqolanın nəqliyyat naziri Auquştu Tomaş Luanda Ali Məhkəməsi tərəfindən vəzifə cinayətlərinə görə 14 il həbs cəzaya məhkum edilib.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi bildirib.

Qeyd edək ki, 2008-ci ildən 2017-ci ilə qədər Prezident Joze Eduardo duş Santüşun rəhbərliyi dövründə nəqliyyat naziri vəzifəsini icra edən Auquştu Tomaş 2018-ci ilin payızında həbs edilib.

A.Tomaşa vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya olmaqla altı maddə üzrə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti