...

Hindistanda daşqın və torpaq sürüşmələrindən 18 nəfər həlak olub

Dünya xəbərləri Materials 18 Avqust 2019 20:05 (UTC +04:00)
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında daşqınlar və torpaq sürüşməsindən ən az 18 nəfər həlak olub
Hindistanda daşqın və torpaq sürüşmələrindən 18 nəfər həlak olub

Bakı. Trend:

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında daşqınlar və torpaq sürüşməsindən ən az 18 nəfər həlak olub.

Trend-in məlumatına görə, bölgədə yağışlar bir neçə gündür ki davam edir. Təkçə ştatın paytaxtı Şimla şəhərində səkkiz nəfər həlak olub.

Bildirilir ki, bir neçə ərazidə evlər və yollar zədələnib. Su təchizatı sistemində problemlər var. Torpaq sürüşməsi səbəbindən yüzlərlə yol, o cümlədən 13 böyük magistral yol tamamilə və ya qismən bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti