...

Yunanıstanda helikopter dənizə düşdü - Ölənlər arasında qadın və uşaq da var

Dünya xəbərləri Materials 20 Avqust 2019 19:51 (UTC +04:00)
Yunanıstanda Poros adası yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.
Yunanıstanda helikopter dənizə düşdü - Ölənlər arasında qadın və uşaq da var

Bakı. Trend:

Yunanıstanda Poros adası yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə zamanı helikopterin pilotu və 2 sərnişin - qadın və uşaq ölüb.

Sərnişinlərin Rusiya vətəndaşı olduğu deyilir.

Şahidlərin sözlərinə görə, helikopter havada çevrilib, daha sonra partlayış olub və hava gəmisi dənizə düşüb.

Hazırda qəza yerində axtarışlar aparılır. Poros adası hadisədən sonra işıqsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti