Bakı. Trend:
Honq Konqun Qanunvericilik Şurasının etiraz aksiyalarını dəstəkləyən Vətəndaş Partiyasından iki üzvü - Ceremi Tama və O Nok-Hina polislər tərəfindən saxlanılıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qanunvericilik Şurasının üzvləri polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə saxlanılıblar.
Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "Demosisto" radikal etiraz hərəkatının iki aktivisti - Coşua Vonq və Aqnes Çou saxlanılmışdı. Onlar daha sonra sərbəst buraxıldı.