Bakı. Trend:
Sentyabrın 8-də Çinin Veyyuan qəzasında (Sıçuan vilayəti) 5,4 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.
Onun sözlərinə görə, iki yaralının vəziyyəti ağır kimi qiymətləndirilir. Yeraltı təkanlar nəticəsində 17 ev dağılıb, daha 215 evə ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.