...

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmağı qərara aldı

Dünya xəbərləri Materials 12 Sentyabr 2019 16:56 (UTC +04:00)
Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmaq barədə qərar qəbul edib.
Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmağı qərara aldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmaq barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılması çox müsbət haldır.

M.Çavuşoğlu əlavə edib ki, yaxın vaxtlarda Türkmənistanın da bu quruma üzv olması gözlənilir.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti