Bakı. Trend:
Rusiya Federasiya Şurasının bir neçə üzvünə BMT Baş Assambleyasında iştirak etməsi üçün ABŞ vizası verilməyib.
Trend-in məlumatına görə, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov və digər 9 nəfər ABŞ-a səfər edə bilməyib.
Vizaların verilməməsinin səbəbləri barədə məlumat verilmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələni ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə müzakirə edəcəyini deyib.