...

İranda xromit mədəni çökdü, ölən var

Dünya xəbərləri Materials 12 Oktyabr 2019 14:58 (UTC +04:00)
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində xromit mədəni çöküb.
İranda xromit mədəni çökdü, ölən var

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində xromit mədəni çöküb.

Trend-in məlumatına görə, bunu vilayətin Türbət-Heydəriyyə rayonu fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Məhəmməd Cavad Əmiri deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında qeydə alınan hadisədə bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti