...

Çində kafedə qaz partlaması nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Oktyabr 2019 15:10 (UTC +04:00)

Bakı. Trend:

Çinin şərqindəki Tsyansu vilayətində kafedə baş verən güclü qaz partlaması nəticəsində ən azı altı nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Global Times" qəzeti bildirib.

Məlumata əsasən, daha doqquz nəfər yaralanıb. Onların sağlamlıq durumları barədə məlumat hələ verilməyib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatının demək olar ki, başa çatdığı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti