...

Təhlükəsizlik Şurası bu il böyük terror aktları nəticəsində ölənlərin sayını açıqlayıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2019 06:20 (UTC +04:00)
Dünyanın müxtəlif yerlərində bu il törədilmiş ən böyük terror aktları nəticəsində 9 mindən artıq insan həlak olub
Təhlükəsizlik Şurası bu il böyük terror aktları nəticəsində ölənlərin sayını açıqlayıb

Bakı. Trend:

Dünyanın müxtəlif yerlərində bu il törədilmiş ən böyük terror aktları nəticəsində 9 mindən artıq insan həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katib müavini Yuri Kokov deyib.

Y.Kokov bildirib: "2018-2019-cu illərdə 70-ə yaxın ölkədə 5 mindən artıq rezonans terror aktları baş verib. Bu terror aktları təxminən 30 min insana toxunub".

Katib müavini qeyd edib ki, bu il yalnız 2 min terror aktı nəticəsində 9 mindən artıq insan həlak olub, 11 mindən artıq insan isə xəsarət alıb.

Onun sözlərinə görə, terrorçuların əsas hədəfləri terrorçuluqla mübarizəyə ən çox töhfə verən ölkələrdir.

Xəbər lenti

Xəbər lenti