...

Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur

Dünya xəbərləri Materials 22 Oktyabr 2019 04:25 (UTC +04:00)
Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur və onların daxili işlərinə qarışmır
Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur

Bakı. Trend:

Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur və onların daxili işlərinə qarışmır.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Türkiyənin xaricdə etdikləri tarixi bağlar və qardaşlıq əlaqələri əsasındadır. Bunu "bir damla neftə axıdılan bir damla qandan artıq qiymət verənlər" başa düşə bilməz".

Türkiyə prezidenti BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda islahatların aparılmasına çağırıb: "Türkiyə terrorçular və haqsızlıq və zorakılıq uğrunda çıxış edənlər arasında fərq qoymur".

T.Ərdoğan vurğulayıb ki, diplomatiyanı zəifə təzyiq göstərmək baxımından qəbul etmək yolverilməzdir.

Onun sözlərinə görə, "Sülh bulağı" əəməliyyatı başlanandan Qərb ölkələri, əsasən NATO və Aİ Türkiyəyə qarşı çıxdılar: "Türkiyədə 17-18 il hakimiyyətdə olan hakim partiya terrorçularla danışıqlar aparmayıb və aparmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti