...

Tramp İspaniyaya qarşı sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 2 Noyabr 2019 04:24 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp İspaniyaya qarşı Venesuela ilə əlaqədar sanksiyaların tətbiq olunacağını istisna etməyib
Tramp İspaniyaya qarşı sanksiyalar tətbiq edə bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İspaniyaya qarşı Venesuela ilə əlaqədar sanksiyaların tətbiq olunacağını istisna etməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında deyib.

Ötən gün "Bloomberg" agentliyi bildirib ki, ABŞ Maliyyə Nazirliyi İspaniya Bankına (Krallığın Mərkəzi Bankı) qarşı guya Venesuela Prezidenti Nikolas Maduro Administrasiyasının nümayəndələrinə xidmət göstərdiyinə görə sanksiyalar tədbiq etməyi nəzərdən keçirdiyini bildirib. KİV-lərin mənbələrinin sözlərinə görə, bəzi ABŞ rəsmiləri N.Maduro və onun tərəfdarlarının İspaniya Bankında vəsaitlərini saxladıqlarını hesab edirlər. Bu, guya onlara Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan yayınmağa imkan verir.

İspaniya Xarici İşlər Nazirliyi agentliyin məlumatını təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti