...

Fransız müğənni və aktrisası Mari Laforet vəfat edib

Dünya xəbərləri Materials 3 Noyabr 2019 19:44 (UTC +04:00)
Fransa-isveçrə müğənni və aktrisası Mari Laforet İsveçrənin Jenol şəhərində 80 yaşında vəfat edib
Fransız müğənni və aktrisası Mari Laforet vəfat edib

Bakı. Trend:

Fransa-isveçrə müğənni və aktrisası Mari Laforet İsveçrənin Jenol şəhərində 80 yaşında vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Agence France-Presse" (AFP) xəbər verib.

Mari Laforet (əsl adı Mayten Mari Brijit Dümenak) 1939-cu ildə Sulak-Sür-Mer şəhərində anadan olub. O, ilk dəfə 19 yaşında, fransız televiziya kanallarından birində "Ulduzun doğuşu" yarışmasında səhnəyə çıxıb. 23 yaşında səhnədə populyarlıq qazanıb. 1978-ci ildə İsveçrəyə köçüb və İsveçrə vətəndaşlığını alıb.

Laforet "Parlaq günəşdə" ("Plein soleil", rejissor Rene Klemant, 1960), "Sərgüzəştçilər" ("Les morfalous", rejissor Anri Verney, 1984), "Sprut-3" ("La piovra", rejissor Luigi Perelli, 1987) serialları daxil olmaqla onlarla film və serialda rol almışdır. Alen Delon və Jan-Pol Belmondo ilə əməkdaşlıq etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti