...

İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü

Dünya xəbərləri Materials 16 Noyabr 2019 16:46 (UTC +04:00)
İranın cənub-şərqində Kirman vilayətinin Sircan rayonunda benzin bahalaşmasına qarşı etiraz aksiyasında bir nəfər ölüb.
İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində Kirman vilayətinin Sircan rayonunda benzin bahalaşmasına qarşı etiraz aksiyasında bir nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Kirman vilayətinin Sircan rayonu qubernator Məhəmməd Mahmudabadi deyib.

M.Mahmudabadinin sözlərinə görə, ölən şəxsin güllə yarası və yaxud başqa səbəbdən həlak olması haqda rayonu Tibbi Ekspertiza İdarəsində araşdırma aparılır.

Qubernator deyib ki, İranda ötən gün benzinin bahalaşmasına etiraz əlaməti olaraq dinc aksiyalar keçirilib: "Bəziləri bu dinc aksiyadan sui-istifadə edərək ictimai əmlaka, bəzi yanacaqdoldurma məntəqələrinə ziyan vurublar. Həmin şəxslər İranın Milli Neft Şirkətinin əsas anbarlarını ələ keçirməyə və onu yandırmağa çalışıblar. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində geri çəkiliblər. Aksiyada bir neçə nəfər də yaralanıb".

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti