...

Malidə hərbi patrula hücum edilib, 20 nəfərdən çox ölən var

Dünya xəbərləri Materials 19 Noyabr 2019 02:55 (UTC +04:00)
Silahlılar Malinin şərqində yerləşən silahlı qüvvələrin patruluna hücum edib
Malidə hərbi patrula hücum edilib, 20 nəfərdən çox ölən var

Bakı. Trend:

Silahlılar Malinin şərqində yerləşən silahlı qüvvələrin patruluna hücum edib.

Trend-in məlumatına görə, 24 hərbçi ölüb, 29 nəfər yaralanıb.

Bildirilir ki, Mali və Niger "sərhəd boyunca terrorçuları" izləmək üçün Tongo Tongo adlı birgə əməliyyat keçirblər:

"Bu əməliyyat çərçivəsində 18 Noyabr 2019 ildə, bazar ertəsi günü, Mali Silahlı Qüvvələrinin patrulu Tabankortda Qao (bölgəsində) hücuma məruz qalıb...".

Hərbçilər, həmçinin 17 terrorçunu məhv edilməsini bacardıqlarını, nigeriyalı həmkarları tərəfindən "yüzə yaxın şübhəli bilinənlərin" tutulduğunu qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti