...

Misirdə qızlar məktəbində onlarla şagird zəhərləndi

Dünya xəbərləri Materials 25 Noyabr 2019 19:35 (UTC +04:00)
Misirin cənubundakı Asuan şəhərində qızlar məktəbində kütləvi zəhərlənmə baş verib.
Misirdə qızlar məktəbində onlarla şagird zəhərləndi

Bakı. Trend:

Misirin cənubundakı Asuan şəhərində qızlar məktəbində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, yaxınlıqdakı kimya müəssisəsindən azotun sızması nəticəsində 84 şagird və müəllim zəhərlənib.

Qeyd olunur ki, zəhərlənənlərin böyük əksəriyyəti şagirdlərdir. Xəsarət alanlar xəstənaya yerləşdirilib.

Onların vəziyyəti barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti