...

Meksikanın şimalında polisə edilən hücumda yeddi iştirakçı məhv edilib

Dünya xəbərləri Materials 2 Dekabr 2019 01:31 (UTC +04:00)
Meksika təhlükəsizlik qüvvələri Koauila ştatında yerləşən Vilya-Union bələdiyyəsində polislərə hücumda iştirak edən 7 nəfəri məhv edib
Meksikanın şimalında polisə edilən hücumda yeddi iştirakçı məhv edilib

Bakı. Trend:

Meksika təhlükəsizlik qüvvələri Koauila ştatında yerləşən Vilya-Union bələdiyyəsində polislərə hücumda iştirak edən 7 nəfəri məhv edib.

Trend-in məlumatına görə, bu barədə bölgənin parlamenti açıqlama verib.

Bildirilib ki, cinayətkarlardan bir neçə silah, o cümlədən tüfəng, döyüş sursatı və üç avtomobil götürülüb.

Vilya-Union rayonunda hücum "Şimal-şərq karteli" cinayətkar birliyinin üzvləri tərəfindən həyata keçirilib. Hücum nəticəsində narkotik kartelinin 10 ehtimal edilən silahlısı və 4 hüquq-mühafizə orqanlarının əməkdaşı, daha 6 nəfər polis yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti