...

Qazaxıstandan sərnişin avtobusu aşıb: 7 ölü, 28 yaralı (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 3 Dekabr 2019 07:44 (UTC +04:00)
Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Qazaxıstandan sərnişin avtobusu aşıb: 7 ölü, 28 yaralı (YENİLƏNİB-2)

Bakı. Trend:

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmet deyib.

Onun sözlərinə görə, avtobusda olan digər 28 nəfər xəsarət alıb. Ölənlərin və xəsarət alanların vətəndaşlığı barədə məlumat yoxdur.

XXX

07:32

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmet deyib.

N.Nurahmet bildirib: "Daha iki nəfərin cəsədi aşkar edilib, 14 nəfər xəsarət alan avtobusdan çıxarılıb".

Qəza nəticəsində xəsarət alanların sayı 29 nəfərə çatıb.

XXX

06:42

Qazaxıstanda sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmet deyib.

N.Nurahmet bildirib ki, dekabrın 3-ü saat 05:25-də Qızılorda - Kumkol avtomobil yolunda sərnişin avtobusu aşıb.

Onun sözlərinə görə, avtobusda 50 sərnişin olub. İnsident nəticəsində azı 4 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Hadisə yerində xilasetmə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti