...

İtaliyada mafiyaya qarşı irimiqyaslı əməliyyat - 300-dən çox şəxs saxlanıldı

Dünya xəbərləri Materials 19 Dekabr 2019 16:41 (UTC +04:00)
İtaliya polisi ölkənin cənubunda mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirib
İtaliyada mafiyaya qarşı irimiqyaslı əməliyyat - 300-dən çox şəxs saxlanıldı

Bakı. Trend:

İtaliya polisi ölkənin cənubunda mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 334 nəfər saxlanılıb.

Əməliyyat “ndrangeta” mafiyasının üzvlərinə qarşı keçirilib. Həbslər, həmçinin Almaniya, İsveçrə və Bolqarıstanda keçirilib.

Ümumilikdə əməliyyatda 3 mindən çox polis iştirak edib.

Bu, 1980-ci illərin sonundan bəri İtaliyada mafiyaya qarşı keçirilmiş ən iri əməliyyat hesab olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti