...

PKK terror təşkilatında parçalanma davam edir

Dünya xəbərləri Materials 19 Dekabr 2019 19:59 (UTC +04:00)
PKK terror təşkilatında parçalanmalar davam edir
PKK terror təşkilatında parçalanma davam edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

PKK terror təşkilatında parçalanmalar davam edir.

Trend-in məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada “İraqın şimalındakı düşərgələrdən qaçan daha iki PKK terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsindəki məntəqədə təslim olub.

Beləliklə, son bir həftə ərzində ölkə xaricindəki PKK terror təşkilatından qaçaraq təslim olan terrorçuların sayı 10-a çatıb.

Nazirliyin məlumatında qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli antiterror əməliyyatları nəticəsində PKK terrorçuları təslim olmağa davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti