...

PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir

Dünya xəbərləri Materials 25 Dekabr 2019 18:20 (UTC +04:00)
“Sülh çeşməsi” əməliyyatı ilə yaradılmağa çalışılan əmin-amanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir.
PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir

Bakı. Rufiz Hafizoğlu - Trend:

“Sülh çeşməsi” əməliyyatı ilə yaradılmağa çalışılan əmin-amanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Trend Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, əliqanlı terror təşkilatı PKK/YPG “Fərat qalxanı” əməliyyatının keçirildiyi bölgədə Cerablus şəhər mərkəzində yenidən günahsız insanları hədəf alıb.

Nazirlik bildirib ki, terrorçular kustar üsulla hazırlanmış partlayıcı maddə yüklü iki motosikleti uzaq məsafədən partlatmaqla terror aktı törədiblər. Hadisə nəticəsində dördü ağır olmaqla, aralarında uşaqların da olduğu 14 sivil yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti